23 iyun 2011 13:57

Minsk rəsmisi: AZAL-ın ənənəsi olmasa da, ambisiyalıdı

Belarusun “Minsk” klubunun baş direktoru İqor Şloydo ölkəsinin mətbuatına verdiyi müsahibədə komandasının şanslarını dəyərləndirib, onlara rəqib olan Azərbaycan klubu AZAL-dan danışıb.
 
Öncə ev oyunlarının yerinin dəyişdirilməsi məsələsinə toxunan klub rəsmisi bunları dilə gətirib: “Bizim avrokuboklardakı debüt matçımızın evdə yox, səfərdə keçirilməsi haqda qərarın çıxarılması gözlənilməz oldu. Nyondakı püşkatmadan sonra biz “Olimpik” (AZAL-ı nəzərdə tutur – azerisport.az) nümayəndələri ilə görüşdük. Onlarla bir sıra maraqlı məqamları müzakirə etdik. Həmin görüşdə bir çox problemlərin yoluna qoyulduğunu düşünüb, ayrıldıq. Amma ardından xeyli kuryoz alınan bir vəziyyət yaşandı. Klubumuzun mətbuat xidmətindən zəng ediblər ki, ilk oyun Bakıda keçiriləcək. Bu haqda “Olimpik”in saytında xəbər yerləşdiriblər (qeyd edək ki, burda onlar yanılırlar. Çünki AZAL-ın saytında heç bir belə informasiya yer almayıb – azerisport.az). Cavab verdim ki, UEFA-nın saytı ilə maraqlan, onlar düz yazar. Növbəti yarım saatda artıq biz əmin olduq ki, cavab görüşünü evdə keçirəcəyik”.

“Mən belə başa düşürəm ki, UEFA-nın prinsiplərinə görə eyni şəhərdə iki avrokubok oyununun keçirilməsi mümkünsüzdü. Amma bu haqda bizə heç bir rəsmi xəbər göndərilməməsinə çox təəccübləndim. Biz hər şeyi demək olar ki, təsadüfən öyrəndik. Bu üzdən artıq televiziya ilə danışmışdıq, 30 iyuna hər şeyin təşkil olunmasını xahiş etmişdik. Amma nə etmək olar. İndi hər şeyi dəyişmək lazımdı” – deyə, “Minsk” rəsmisi vurğulayıb.
 
Şloydo həmçinin AZAL barədə də fikirlərini açıqlayıb: “Azərbaycan klubunun nümayəndələri xoş təsir bağışladılar. Nəzakətli və hörmətli adamlara bənzəyirdilər. Sponsorları yerli aviakompaniyadı. Öz stadionları var, yaxınlığında oteli. Aeroporta da yaxındılar. Əsasən legionerlərə üstünlük verirlər. Komandada onların sayı hardasa ona yaxındı. AZAL-ın ənənəsi olmasa da, ambisiyalıdı. Onların “İnter”i qabaqlaması çox şeydən xəbər verir. Amma bu komandanı detallı şəkildə öyrənmək üçün hələ vaxtımız var”.
 
"Minsk" rəsmisi bildirib ki, AZAL ilə oyunlar ərəfəsində komandanın heyətini gücləndirmək planları yoxdu: "Belə planımız yoxdu. Kim varsa, onlarla nəsə etməyə çalışacağıq. Hesab edirəm ki, futbolçu seçimimiz elə də pis deyil. Bizim yeganə qorxumuz oyun qrafikinin həddən artıq sıx olmasıdı. Bu, həm fiziki cəhətdən yorğunluğa səbəb ola, həm də zədələrə gətirib çıxara bilər. Onsuz da ehtiyat oyunçular skamyamız elə də geniş deyil və bu, bizi çətinə sala bilər. Yeri gəlmişkən, bizim "Olimpik" kimi tanıdığımız bu komanda AZAL-dı. Sadəcə UEFA onların adının sponsorla bağlı olması səbəbindən əvvəlki adını qeyd edir".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.