23 iyun 2011 14:29
Yerko Leko: Neftçi`ni keçməyə borcluyuq
Xorvatiyanın “Dinamo” klubunun yarımmüdafiəçisi Yerko Leko UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində onlara rəqib olan Azərbaycan çempionu “Neftçi”ni dəyərləndirib. Azerisport.az xəbər verir ki, Zaqreb klubunun yeni üzvlərindən olan futbolçu xorvat jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
“Əgər biz qarşımıza Çempionlar Liqasında uğurlu çıxış etmək vəzifəsini qoymuşuqsa, nəinki “Neftçi”ni, digər rəqiblərimizi də keçməyə borcluyuq. Hesab edirəm ki, bunu bacarmağa qadirik və hazırıq”.
“Əgər biz qarşımıza Çempionlar Liqasında uğurlu çıxış etmək vəzifəsini qoymuşuqsa, nəinki “Neftçi”ni, digər rəqiblərimizi də keçməyə borcluyuq. Hesab edirəm ki, bunu bacarmağa qadirik və hazırıq”.
