23 iyun 2011 14:55

Bakı Verpakovskiyə 2 illik müqavilə təklif etdi

Yunanıstanın "Erqotelis" klubunun latviyalı hücumçusu Maris Verpakovskis karyerasını ölkəmizdə davam etdirə bilər. Azerisport.az xəbər verir ki, “Bakı”nın baş məşqçisi Aleksandr Starkov ölkəsinin ən tanınmış futbolçularından olan Verpakovskini komandasında görmək istəyir.
 
Qeyd edək ki, 31 yaşlı hücumçu 1995-1996 mövsümlərində Latviyanın "Baltika", 1996-2000-də "Metalurq" və 2000-2003-də "Skonto" klublarında çıxış edib. 2003-cü ildə Kiyev "Dinamo"suna transfer olunan forvard, 2007-ci ildə İspaniya "Xetafe"sində, 2007-2008-də Xorvatiya "Hayduk"unda, 2008-də İspaniya "Selta"sında da top qovub. 2009-cu ildən isə Yunanıstanda çıxış edir.
 
1999-cu ildən bəri 86 dəfə Latviya millisinin formasını geyinən forvard 28 qola imza atıb. Verpakovski 2 dəfə Latviya çempionluğunu (2001, 2002), 2 dəfə Latviya Kubokunu (2001, 2002), 1 dəfə Ukrayna çempionluğunu (2004), 2 dəfə Ukrayna Kubokunu (2005, 2006) qazanıb. 2001-ci ildə Latviya millisi ilə "Baltika Kuboku"nun qalibi olub.
 
Müqavilə ilə Kiyev "Dinamo"suna məxsus olan latviyalı ukraynalılara lazım olmadığından, "Bakı"ya transferi və icarəyə verilməsi mümkündü. Məhz bu üzdən paytaxt klubu artıq bu futbolçuya rəsmi təklif ünvanlayıb. “Zolaqlılar” Verpakovski ilə iki illik müqavilə bağlamaqda maraqlı olsa da, o, bir illik anlaşmaya razıdı. Hazırda tərəflər danışıqları davam etdirirlər.
 
Qeyd edək ki, Verpakovskini 2009-cu ildə "İnter" də heyətinə qatmaq istəyirdi. Həmçinin Starkov yeni gələndə də bu futbolçunun “Bakı”ya keçidi gündəmdə idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.