23 iyun 2011 15:21
Cənubi Amerikanın ən güclü klubu müəyyənləşdi
Cənubi Amerikanın "Çempionlar Liqası" kimi tanınan “Copa Libertadores”də dünən ən güclü klubun adı müəyyənləşib. Azerisport.az xəbər verir ki, ötən həftə səfərdə Uruqvay təmsilçisi “Penarol” ilə qolsuz heç-heçəyə razılaşaraq üstünlük qazanan Braziliyanın “Santos” klubu cavab matçında rəqibini 2:1 məğlub edərək, çempionluğu bayram edib.
Təxminən 38 min azarkeşin izlədiyi matçda “Santos”u qələbəyə və çempionluğa daşıyan qollara 47-ci dəqiqədə Neymar, 69-cu dəqiqədə Danilo imza atıb. 80-ci dəqiqədə Durval öz qapısına qol vurmaqla qonaqları ümidləndirsə də, oyunda başqa qol olmayınca, Braziliya klubu qitənin ən güclüsü adını qazanıb.
Qeyd edək ki, “Santos” Pelenin forma geydiyi 1962 və 1963 illərindən sonra bu dəfə üçüncü dəfə sözügedən kuboku muzeyinə aparmış oldu.
Qeyd edək ki, “Santos” Pelenin forma geydiyi 1962 və 1963 illərindən sonra bu dəfə üçüncü dəfə sözügedən kuboku muzeyinə aparmış oldu.
