23 iyun 2011 15:52

Rəşad Abdullayev: Zaqrebdə heç-heçə bizim üçün uğurlu nəticə olardı

Azərbaycan çempionu “Neftçi”nin yarımmüdafiəçisi Rəşad Abdullayev azerisport.az saytına müsahibəsində komandasının Türkiyə toplanışından, UEFA Çempionlar Liqasındakı rəqibi Xorvatiya “Dinamo”sundan və mərhələ keçmək şanslarından danışıb.

- Təlim-məşq toplanışınızın ilk mərhələsi necə keçdi?
- Normal. Bu, futbolçular üçün ən çətin dövr hesab olunur. Bizim qarşımıza fiziki kondisiyaları gücləndirməyə hesablanan tapşırıqlar qoyulur ki, bu da ən azı yarım mövsüm normal oynamağımız üçün vacibdi. Artıq Avstriya toplanışında daha çox toplu çalışmalara və sınaq matçlarına üstünlük verəcəyik.

- Türkiyə toplanışında da yoldaşlıq oyunu keçirdiniz və Ukrayna “Metallurg”una 3 cavabsız qol vurdunuz...
- Ukraynanın aşağı liqa təmsilçisi olan bu komanda “Neftçi”nin əsl gücünü bilmirdi. Səviyyə fərqi sözünü dedi. Biz onlara hətta 6 qol vura bilərdik. Bütün oyun boyu üstünlüyə nəzarət edən tərəf biz idik.
 
- Çempionlar Liqasında Xorvatiya çempionu ilə düşəcəyiniz gözləyirdiz?
- Çox istəyirdim ki, heç olmasa “Ekranas” və ya “Zestafoni” ilə düşək. Hər halda daha zəif rəqiblərlə də mübarizə apara bilərdik. Amma ən güclü rəqiblə düşməyimizə görə də üzülmürəm.
 
- Hər halda ilk oyunu səfərdə keçirəcəksiz...
- Bu, əlbəttə müəyyən üstünlükdü. Əgər Zaqrebdə uğurlu nəticə qazana bilsək, Bakıda işimiz daha asan olacaq. Məsələn, heç-heçə bizim üçün uğurlu nəticə olardı. Amma hər ehtimala qarşı qələbəyə oynayacağıq.

- Siz artıq “Dinamo”ya qarşı oynamağa adət etmisiz...
- “Xəzər Lənkəran”ın heyətində iki dəfə xorvatlara qarşı forma geymişəm. Onda iki dəfə heç-heçə oynadıq - 1:1. Yalnız Zaqrebdəki görüşün əlavə vaxtında mübarizəni uduzduq. Sonda sadəcə gücümüz yetmədi.
 
- Sizcə, “Neftçi”yə də ilk oyunda ağır olacaq?
- “Maksimir”də oynamaq heç kim üçün asan olmur. Onların azarkeşləri komandadan təkcə nəticə yox, həm də gözəl oyun tələb edir. Elə Zaqrebdə də, Bakıda da çətin olacaq.
 
- Bu rəqibə qarşı necə oynamaq lazımdı?
- Fikrimcə, məşqçilər korpusu düzgün seçim edəcək. İlk oyunda kifayət qədər ehtiyatlı və diqqətli oynamağımız lazımdı. Amma öz qapımızın ağzında oturmaqla da uğur qazana bilmərik. Onlar səhvimizi bağışlamayacaqlar. Ona görə də, maksimum dərəcədə səhvsiz oynamalıyıq.

- Rəqib ötən müddət ərzində çoxmu dəyişib?
- Onların ötən il bir neçə oyununu görmüşəm. Dəyişiklik azdı. Məsələn, o vaxt bizimlə oyundan dərhal sonra Çorluka və Modriç İngiltərəyə yollandı. Amma hər mövsüm belə yeni istedadları üzə çıxarır. Yəqin ki, xorvatlar bizimlə oyunda da uğur qazanacaqlarına şübhə etmirlər. Amma “Neftçi”nin də yaxşı legionerləri, yerli futbolçuları var. Biz daha istəkli olmaqla onları məğlub edə bilərik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.