23 iyun 2011 16:00
Rövşən Əhmədov da Avroliqa matçında
FİFA referisi Vüsal Əliyevin Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 14-də keçiriləcək “Differdanj” (Lüksemburq) – “Levadiya” (Estoniya) oyununu idarə edəcəyini xəbər vermişdik. Azerisport.az xəbər verir ki, artıq bu qarşılaşmada Əliyevin köməkçisi olacaq hakimlər də müəyyənləşib.
Belə ki, həmin qarşılaşmada Mübariz Haşımovla Samir Hacıyev laynsman olacaq. Rövşən Əhmədov isə Lüksemburqdakı görüşdə dördüncü hakim funksiyasını yerinə yetirəcək.
