23 iyun 2011 16:20
Saşa Stamenkoviç: Qalib 180 dəqiqənin tamamında bəlli olacaq
“Neftçi”nin yeni qapıçısı, serbiyalı Saşa Stamenkoviç UEFA Çempionlar Liqasında onlara rəqib olan Xorvatiya çempionu “Dinamo”nu dəyərləndirib. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın çərçivə qoruyucusu xorvat jurnalistlərə açıqlamasında Zaqreb təmsilçisi ilə qarşılaşma öncəsi bunları dilə gətirib:
“Düzünü deyim ki, mən öncədən də keçmiş Yuqoslaviya komandalarından – “Partizan” və “Dinamo”dan birinə rəqib olacağımızı düşünürdüm. Elə də oldu. Bizim hazırkı rəqibimiz son avrokuboklar mövsümündə uğur qazana bildi. Amma bizim də eyni şansımız var. “Neftçi”də hazırda yaxşı komanda formalaşıb. İstənilən halda qalib 180 dəqiqənin tamamında bəlli olacaq”.