23 iyun 2011 16:36
Neftçi oyunçusunun xidmətindən məhrum oldu
Azərbaycan çempionu “Neftçi”nin və yığmamızın yarımmüdafiəçisi Araz Abdullayev İngiltərənin “Everton” klubunun düşərgəsinə yollanır. Azerisport.az xəbər verir ki, o, iyulun 5-də “ağ-qaralar”ın düşərgəsini tərk edərək İngiltərəyə yollanacaq.
Qeyd edək ki, paytaxt klubu həmin vaxt Avstriyada olacaq. Araz da İngiltərəyə məhz Avstriya toplanışından yollanacaq.
Maraq üçün qeyd edək ki, Araz Türkiyə toplanışında da iştirak etmişdi. O, Vyana toplanışında da komandasıyla birgə olacağına baxmayaraq, məhz “Everton”la anlaşması səbəbindən Çempionlar Liqasında “Neftçi”yə kömək edə bilməyəcək. Çünki komanda rəhbərliyi bu futbolçunu nəinki Zaqreb “Dinamo”su ilə qarşılaşmalar, ümumiyyətlə ÇL oyunları üçün sifariş etməyəcək.
