23 iyun 2011 17:00
AZAL-ın taleyinə Angel aydınlıq gətirəcək
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində Azərbaycanın AZAL və Belarusun “Minsk” klubları arasında keçiriləcək cavab matçını idarə edəcək baş hakimin kimliyi dəqiqləşib. Azerisport.az xəbər verir ki, artıq Minskdə baş tutacaq görüşlə bağlı əsas məqamlar demək olar ki, müəyyənləşib.
Belə ki, bu şəhərdə təşkil olunacaq “Minsk” – AZAL görüşü “Dinamo” stadionunda keçiriləcək. Hələlik iyulun 7-nə nəzərdə tutulan qarşılaşmanın başlama saatı dəqiqləşməyib. Bilinən isə sadəcə odu ku, həmin görüşün Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək. Belə ki, köməkçiləri bəlli olmasa da, AZAL-ı həmin oyuna Angel Angelovun çıxaracağı dəqiqləşib.
Qeyd edək ki, AZAL-ın stadionunda keçiriləcək ilk qarşılaşma iyunun 30-da, saat 20:00-da start götürəcək. Təmsilçimizin doğma meydandakı matçını latviyalı hakimlər briqadası idarə edəcək. Belə ki, UEFA Bakıya Andris Treymanisin rəhbərlik etdiyi ədalət təmsilçilərini göndərməyə qərar verib.