23 iyun 2011 17:33
Arif Əsədov: ÇL üçün iştirak ərizəmiz 90 faiz hazırdı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov bildirib ki, hələlik komandasının UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi üçün iştirak ərizəsi tam hazır deyil. Azerisport.az saytına müsahibəsində o, bu məsələyə belə münasibət bildirib:
“Hazırda Avstriya toplanışına hazırlaşırıq. İyunun 30-da ora gedəcəyik. Hələlik heyətimizin 90 faizini müəyyənləşdirmişik. Əvəzedici heyətdən də oyunçuların adlarını daxil etməyimiz mümkündü. İstisna deyil ki, UEFA-ya iştirak ərizəsini təqdim edənə kimi komandaya yeni futbolçu da cəlb olunsun”.