23 iyun 2011 18:09

Arminas Narbekovas: Qarabağ Barcelona, Banga da Qarabağ deyil

Litvanın “Banga” klubunun baş məşqçisi Arminas Narbekovas azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibləri olan Azərbaycanın “Qarabağ” klubunu və növbəti mərhələyə adlamaq şanslarını dəyərləndirib.

- Ondan başlayaq ki, UEFA sizə “Qarabağ”ı doğma Qarqjdayda qəbul etməyə icazə verdi. Yəqin ki, sizin üçün yaxşı xəbər oldu?
- Bizim üçün bu, çox mühüm məsələdi. Bizim şəhərciyimiz çox kiçikdi və o, futbolla nəfəs alır. “Qarabağ”la oyunumuzda rekorda azarkeş sayının qeydə alınacağı gözlənilir. Hamı intizarla avrokuboklardakı ilk ev oyunumuzu gözləyir.

- Artıq püşkatmadan bir neçə gün keçib. “Qarabağ” haqda nə öyrənə bilmisiz?
- Bəli, bizim artıq rəqib haqda xeyli informasiyamız var. Ötən mövsümkü oyunlarına, qollarına baxmışıq.
 
- Elə isə Ağdam klubunu necə dəyərləndirərdiz?
- Dərhal görünür ki, bizim bəxtimizə güclü komanda düşüb. Amma bunu elə püşkatmadan sonra da bilirdik. Şübhəsiz, bizi çox çətin oyunlar gözləyir. Əgər komanda iki il ardıcıl qrup mərhələsinə kimi irəliləyə bilibsə, deməli yüksək səviyyəli komandadı. Onlar bilirlər avrokuboklarda necə oynamaq lazmdı.
 
- Rəqibi öyrənərkən digər Azərbaycan klublarından fərqli “Qarabağ”da əsasən yerli futbolçuların üstünlük təşkil etməsi təəccüblü görünmədi ki?
- Qətiyyən yox. Azərbaycanlılar futbol oynamağı bacarırlar. Onlar bunu hələ Sovet dönəmində də sübut ediblər.

- Çoxları sizin “Qarabağ”la dueldə şanslarınızın az olduğunu düşünür. Bu, sizi təşvişə salmır?
- Əlbəttə, yox. Biz, sadəcə avrokuboklardakı ilk addımlarımızı atırıq. Çox istəyirdik ki, bir az zəif rəqiblə düşək. Amma bəxtimizə güclüsü düşdü. Oynamalı olacağıq, orda baxarıq.

- “Qarabağ”la oyun öncəsi sizi Litva çempionatında “Jalgiris”lə oyun gözləyir. Bu oyun sizin avrokuboklar öncəsi gücünüzü azaltmayacaq ki?
- Fikrimcə, yox. Hazırda bizim 5 oyunluq uğurlu seriyamız var. Biz Avroliqa ilə yanaşı çempionatda da uğurlu çıxış etməyə çalışırıq. Uğurlu seriyamızın davamını gətirmək istəyirik. “Qarabağ”la oyunlara gəlincə, orda işim az olacaq. O mənada ki, uşaqları motivasiya etmək üçün əlavə nəyəsə ehtiyac qalmayacaq. Onlar artıq indidən yanırlar.
 
- Qormursuz ki, bu, həddən çox ola bilər?
- Siz bilirsiz ki, hər şey olar bilər. Amma bu, artıq mənim işimdi. Bizim “Qarabağ”la iki oyunumuz var. Hər şeyin necə olacağını isə sizə iyunun 8-də deyə bilərəm (gülür).
 
- Sizin gənc və debütant komandanız Azərbaycan ən təcrübəli klubu ilə üz-üzə: bu, sizi çəkindirmir?
- Buna görə də, gənc futbolçularla daha çox işləməyimiz lazım gəlir. Amma təcrübəlilər güclərini hara sərf etmək lazım olduğunu gözəl bilirlər. Odu ki, təcrübə amili azərbaycanlıların tərəfindədi. Litva futbolu ilə müqayisədə Azərbaycanda daha çox pul yatırılmaqdadı. Çox təəssüf ki, bizdə elə deyil. “Qarabağ”ı “Barcelona” ilə müqayisə etmək olmadığı kimi, “Banga”nı da “Qarabağ”la müqayisə etmək mümkünsüzdü.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.