23 iyun 2011 18:32
Bakı növbəti mövsümün hazırlıqlarına sabahdan başlayır
“Bakı” sabahdan - 24 iyun tarixindən etibarən növbəti mövsümün hazırlıqlarına başlayır. Azerisport.az xəbər verir ki, klubun təlim-məşq bazasında toplanacaq komanda həmin gün bir məşq keçəcək.
Saat 18:00-ə təyin olunan məşqdə Nurlan Novruzov və Rəhman Hacıyevdən başqa bütün futbolçuların iştirakı gözlənilir. Nurlan və Rəhman 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olduqlarından məşq prosesinə sondadan qoşulacaqlar.
3 gün ərzində davam edəcək toplanışda “Bakı”nın əvəzedici komandasının üzvləri Hacı Əhmədov və Tural Qürbətov da iştirak edəcəklər.
Komandanın baş məşqçisi Aleksandar Starkov və onun köməkçiləri artıq Bakıdadırlar. Legioner futbolçular isə bu axşam paytaxtda dönürlər.
