23 iyun 2011 18:51
Neftçi üçün Kirkdorf və Seiwald
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Xorvatiyanın “Dinamo" (Zaqreb) klubu ilə oyunlara hazırlaşan "Neftçi" Türkiyənin İsparta şəhərindəki təlim-məşq toplanışını başa vurub. Azerisport.az xəbər verir ki, komanda üzvləri dünən gecə saatlarında Bakıya qayıdıb.
Flaqman bundan sonrakı hazırlıq prosesini Avstriyada davam etdirəcək. "Neftçi" Kirkdorf şəhərindəki "Seiwald" otelində məskunlaşacaq. "Ağ-qaralar" Avstriyada bir neçə yoldaşlıq görüşü keçirməyi planlaşdırırlar.
