23 iyun 2011 19:09
Qarabağ`ın casusu Banga`nın oyununda
“Qarabağ”ın Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan “Banga” klubu sabah Litva çempionatının 16-cı turu çərçivəsində növbəti matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubunun rəqibi doğma divarlar arasında Vilnüs “Jalgiris”ini qəbul edəcək.
Qeyd edək ki, bu qarşılaşmanı “Qarabağ”ın “casus”u da izləyəcək. Belə ki, baş məşqçi Qurban Qurbanov köməkçilərindən Borçe Xristovu Litvaya göndərir.
