23 iyun 2011 21:37
Xəzər Lənkəran`ın rəqibi sınaq matçında məğlub oldu
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu bu gün yoldaşlıq oyunu keçirib. Azerisport.az xəbər verir ki, paytaxt klubunun sınaqçı rəqibi “Hapoel İroni” olub.
Qarşılaşma “Maccabi” üçün çox pis başlayıb. Belə ki, Təl-Əviv klubu artıq 52-ci dəqiqədə 0:3 hesablı darmadağınla üzləşib. Öncə qarşılaşmanın bu hesabla bitdiyi xəbər verilsə də, sonradan dəqiqləşdirdik ki, Təl-Əviv klubu son dəqiqələrdə iki qol vuraraq, matçın 2:3 hesabıyla başa çatmasına nail olub.
