23 iyun 2011 11:33

Ernad Skuliç: Neftçi Dinamo ilə oyunda müdafiədə oturmamalıdı

“Bakı”nın xorvatiyalı yarımmüdafiəçisi Ernad Skuliç azerisport.az saytına müsahibəsində ölkəsini təmsil edən Zaqreb “Dinamo”su ilə Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasındakı qarşıdurmasından danışıb.
 
O, öncə özlərinin avrokuboklardan kənarda qalmalarına təəssüfünü dilə gətirib: “Bəli, avrokuboklarsız qalmaq dözülməzdi. Sanki nəsə çatışmır. Amma digər tərəfdən də istirahət üçün böyük vaxt qazandıq. Eyni zamanda baş verənləri analiz etmək üçün. Nəticə çıxarmalı və növbəti mövsümə daha yaxşı hazırlaşmalıyıq”.
 
Xorvatiyalı futbolçu “Neftçi”nin onun həmyerliləri ilə dueldəki şanslarını belə dəyərləndirib:  “Əgər “Neftçi” Zaqrebdə qol vurub buraxmasa, işin yarısını görmüş olacaq. Sərfəli nəticə kimi qollu heç-heçəni də münasib hesab edirəm. Amma məğlubiyyət vəziyyəti çətinləşdirəcək. Hətta səfər qoluna imza atsalar da belə. Əminəm ki, “Neftçi” Zaqrebdəki oyunda daha çox müdafiəyə diqqət ayıracaq və işi xeyli çətin olacaq”.
 
Amma Skuliç həmyerliləri üçün də çətin olacağını gizlətmir: “Püşkatmadan sonra mənə xorvatiyalı jurnalistlər zəng edirdilər, “Neftçi” haqda soruşurdular . Mən deyirdim ki, “Neftçi” Azərbaycan çempionudu və bu, hər şeyi deyir. Burda Premyer Liqanın səviyyəsi ildən-ilə yüksəlir”.
 
Xorvatiyalı futbolçu qeyd edir ki, “Dinamo” da qarşısına yüksək hədəflər qoyduğundan tərəfləri güzəştsiz mübarizə gözləyir: “Dinamo”nun qarşısına qrup mərhələsinə vəsiqə qazanmaq vəzifəsi qoyulub. Əgər onlar bunu bacarmasalar, bu, əsl faciə olacaq. Onlar demək olar ki, hər il bunun üçün mübarizə aparırlar. Bu baxımdan təcrübələri də “Neftçi”dən çoxdu. Amma Azərbaycan çempionu da rəqibini təəccübləndirə bilər”.
 
31 yaşlı yarımmüdafiəçi “Dinamo”nun futbolçularını da dəyərləndirib: “Onların həm çoxlu gənc oyunçusu, həm də təcrübəliləri var. Məsələn, braziliyalı Sammir, müdafiəçi Kufre, yarımmüdafiəçi Bades aparıcı oyunçulardandı. Yaxınlarda Lekonu heyətlərinə qatdılar. Heç hücum xəttindən danışmıram. Yeri gəlmişkən, “Dinamo” sırf hücum futboluna üstünlük verir və daim rəqib müdafiəsini təzyiqdə saxlamağa çalışır”.
 
Skuliç “Neftçi”yə məsləhət də verməyi unutmayıb: “Neftçi” gərək öz qapısına sığınıb, müdafiə olunmasın. Əgər “Dinamo” topa nəzarət edən tərəf olsa, o zaman “Neftçi” üçün çox çətin olacaq. Top saxlamaq, hücumlar təşkil etmək lazımdı. Göstərmək lazımdı ki, Zaqrebə də qələbə dalınca gedib, uduzmağa yox. Düşünmürəm ki, “Neftçi”ni lazımınca qiymətləndirməsinlər. Bizdə də gözəl bilirlər ki, Azərbaycan futbolu necə sürətlə inkişaf edir. Hamı “Qarabağ”ın son iki ildəki uğurlarından xəbərdardı”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.