23 iyun 2011 12:02
XL-ın rəqibi hücumçusunu cəzalandırdı
UEFA Avropa Liqasında “Xəzər Lənkəran”ın rəqibi olan İsrailin “Maccabi” (Təl-Əviv) klubunun futbolçusu Maora Buzaqlo cəzalandırılıb. Azerisport.az xəbər verir ki, onun cəzalanmasına nizam-intizam qaydalarını pozması səbəb olub.
Forvard klub rəhbərliyi tərəfindən mətbuatla ünsiyyətə qadağa qoyulduğu halda buna əməl etmədiyinə görə cərimə olunub. Rəhbərlik onun məvacibindən 30 min ABŞ dolları kəsib. Bundan əlavə o, məşqçilər korpusu tərəfindən də bir həftəlik düşərgədən uzaqlaşdırılıb.
Bu gedişlə, mümkündü ki, Buzaqlo ÇL-in ikinci təsnifat mərhələsinin “Xəzər Lənkəran”la oyunlarında iştirak etməsin.
