23 iyun 2011 00:18
Maccabi XL-la oyun ərəfəsində heyətini qoruyur
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran”a rəqib olan İsrailin “Maccabi” (Təl-Əviv) klubu daha bir futbolçu ilə anlaşıb. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi heyətindəki futbolçulardan Tamir Kahlon ilə müqavilə yeniləyib.
Klub rəhbərliyi son mövsümdə komandanın sıralarında olmuş bu oyunçuyla iki il müddətini əhatə edəcək yeni müqavilə imzalayıb. Qeyd edək ki, onun Tamir Kahlonun müqaviləsinin müddəti bu yay başa çatmışdı.
1987-ci il təvəllüdlü bu oyunçunun yarımmüdafiə xəttində çıxış etdiyini də vurğulayaq.
