23 iyun 2011 12:47
Almaniya klubu Berti Foqtsa dəvət göndərdi
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts ölkəsindən təklif alıb. Azerisport.az xəbər verir ki, Almaniyanın “Buttgen” klubunun rəhbərliyi millimizin çalışdırıcısına xüsusi dəvət göndərib.
Qeyd edək ki, gələn ilin yanvar ayında bu komanda öz yüzillik yubileyini qeyd edəcək. Foqts isə bu şəhərin fəxri vətəndaşlarından hesab olunur. Məsələ burasındadı ki, o, məhz bu şəhərin uşaq komandalarında çıxış etməklə böyük futbola qədəm qoyub və Münhenqladbax “Borussia”sı ilə yanaşı, Almaniya yığmasının tarixinə düşüb. Bu üzdən də “Buttgen” rəhbərliyi Foqtsa da fəxri qonaqlar arasında yer ayıracaq.
