23 iyun 2011 00:48

Kazbek Tuayev klublarımızın avrokubok şanslarını dəyərləndirdi

AFFA İcraiyyə Komitəsinin üzvü Kazbek Tuayev azerisport.az saytına müsahibəsində UEFA Çempionlar Liqasının və Avropa Liqasının yeni mövsümlərinin birinci və ikinci təsnifat mərhələlərində rəqibləri müəyyənləşən Azərbaycan klublarının şanslarını dəyərləndirib.

- Püşkün nəticələrini klublarımız üçün necə qiymətləndirirsiz?
- Belə deyək: nə çox pis, nə də çox yaxşı. Hamı deyir ki, guya klublarımız bütün rəqiblərini asanlıqla keçə biləcəklər. Bunlar hamısı səfeh açıqlamalardı. Hələ bilmirlər rəqibləri kimlərdi, amma yüksəkdən danışırlar. Düzdü, istənilən rəqibi keçmək olar. Amma ona hərtərəfli qaydada hazırlaşmaqla, hazır olmaqla.
 
- Şanslar sizcə necədi?
- Ən asan rəqib AZAL-dadı. Ümumiyyətlə “Minsk” nə komandadı ki? Belarus çempionatında 6-cı yerdə gedir. Nəyinsə hesabına gəlib Avropa Liqasına düşüb. Nazim Süleymanovun yetirmələri onları keçməyə borcludu.
 
- Bəs “Neftçi”nin şanslarını necə qiymətləndirirsiz?
- Elə ən yaxşısı güclü komanda ilə başlamaqdı. Bax indi “Neftçi” əsl gücünü göstərmiş olacaq. Zaqreb “Dinamo”su ilə oyunda heç əlavə motivasiyaya ehtiyac da yoxdu. Əgər komandanın qarşısına yüksək vəzifə qoyulubsa, onda xorvatları keçməlidilər. Əvəzində sonrası asan olacaq.

- Belə rəqibə qarşı səfərdə necə oynamağı məsləhət görürsüz?
- Normal futbol oynamaq lazımdı. Əsas odu ki, qorxmuyasan. Hər ehtimala qarşı rəqibə top verməməyə, özündə saxlamağa çalışmalısan. Elə futbol oynamaq lazımdı ki, bizə nəticə qazandırsın.
 
- Çoxları belə düşünür ki, Təl-Əviv “Maccabi”si hətta “Dinamo”dan da güclüdü...
- Rəqibləri gücünə görə müqayisə etməyəcəm. “Maccabi” heç də potensial rəqiblər arasındakı ən təhlükəlisi deyil. Onlar heç Lənkəran klubundan da üç baş üstün deyil ki, bizimkilər başlarını qaldıra bilməsinlər. Hazırlaşmaq və oynamaq lazımdı.

- “Qarabağ”ın isə indidən həm Litva “Banga”sını, həm də Farer adalarının təmsilçisini keçdiyini düşünürlər...
- “Qarabağ” təbii ki, hazırda ən azı iki mərhələ adlamağa borcludu. Çünki gözəl şansa malikdi. Amma hər şey bu komandanın necə hazır olmasından asılı olacaq. Rauf Əliyevin yoxluğu təbii ki, sözünü deyəcək. Bu problem olsa da, onun yoxluğunda da ağdamlılar həmin rəqiblərini mütləq keçməlidi.

- “Qarabağ”ın qrup mərhələsinə düşmək şanslarının daha yüksək olduğunu demək olar?
- Bu komandanın ən böyük üstünlüyü təkcə bu rəqiblərlə düşməsi yox, həm də sabit oyunu və təcrübəsidi. Avrokuboklarda təcrübə çox böyük rol oynayır. Təcrübə olan yerdə komanda özünü daha güvəncli hiss edir.

- Deməli, ümid edə bilərik ki, bu avrokuboklar mövsümü futbol tariximizdə ən yaxşısı ola bilər?
- Hər il buna ümid edirik. Bu dəfə necə olacağını zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.