23 iyun 2011 00:56
Vidadi Rzayev: Zaqreb Dinamo`sundan qorxanlarla razı deyiləm
Azərbaycanın veteran futbolçusu Vidadi Rzayev hesab edir ki, son ölkə çempionu “Neftçi” UEFA Çempionlar Liqasındakı rəqibi Xorvatiya “Dinamo”sunu (Zaqreb) mütləq keçməlidi. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Mən görürəm ki, çoxları rəqibdən, onun adından çəkinirlər. Amma mən bununla razı deyiləm. Çünki “Neftçi” də güclü komandadı. Bu komanda öz sözünü deyə biləcək gücdədi. Şəxən mən “Neftçi”yə inanıram. Onlar bu il güclü heyətə malik idilər və sonda da çempion oldular. Komandanın təcrübəli legionerləri var. Fikrimcə, “Neftçi” “Dinamo”nu keçəcək”.