24 iyun 2011 01:05

Real`a transferi Hamit Altıntopa düşmədi

AÇ-2012-nin seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan Türkiyə yığmasının və İspaniyanın “Real” klubunun futbolçusu Hamit Altıntop əməliyyat olunacaq. Azerisport.az xəbər verir ki, hələ Münhen “Bayern”ində olduğu dövrdə zədədən əziyyət çəkən hücumçu Madrid klubunun həkimlərinin rəyinə görə əməliyyata məruz qalacaq və ən azı iki ay yaşıl meydanlardan kənar qalacaq.
 
Qeyd edək ki, Altıntop “Real”la elə ötən ay 4 illik rəsmi müqavilə imzalamışdı. Lakin onun üçün bu yeni xəbər heç də ürəkaçan olmayıb. Müalicə ilə vəziyyətinin düzələcəyinə ümid bəsləyən futbolçu yeni komandasındakı ilk günlərindən uğursuzluqla üzləşib. Artıq gələn həftə onun əməliyyat masasına uzanacağı dəqiqləşib. 28 yaşlı futbolçu iyunun 27-də Almaniyada əməliyyat olunacaq.
 
Belədə “Real”ın yeni mövsüm üçün təlim-məşq toplanışında iştirak etməyəcək Hamit Altıntopun La Liqanın startındakı bir neçə oyunu da buraxacağı dəqiqdi.
 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.