24 iyun 2011 01:33
Cavadov Twente`yə lazım olmadı
Azərbaycan yığmasının hücumçusu, “Qarabağ” və “Bakı”nın sabiq üzvü Vaqif Cavadovun heyətində yer aldığı Hollandiyanın "Twente" klubu yeni mövsümün hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandası ötən gecə yeni mövsümə hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib.
Doğma Enshede şəhərində baş tutan qarşılaşmada Cavadovun komandasının rəqibi "Twenterand" olub. Həmyyerlimizin klubu zəif rəqibini darmadağın edib – 6:0. Qarşılaşmada hesabı 11-ci dəqiqədə Berghuis açıb. 34-cü dəqiqədə Yanssen hesab arasındakı fərqi daha da artırıb. İkinci hissədə isə Vogelsanq dubl etdiyi halda (53 və 89-cu dəqiqələrdə), Qouriye (57) və Parker (89) hesabı biabırçı həddə çatdırıb.
Qeyd edək ki, Vaqifin də bu görüşdə meydana çıxacağına ümid var idi. Amma təəssüf ki, məşqçilər korpusu həmyerlimizi meydana buraxmayıb. “Twente”nin bu görüşdə xidmətindən yararlandığı oyunçulara gəlincə, onlar aşağıdakılar olub:
Birinci hissə: Boşker, Kornelis, Visqerhof, Benqtsson, Buys, Brama, Yanssen, Landzaat, Berghuis, Rendla, Yon.
Birinci hissə: Boşker, Kornelis, Visqerhof, Benqtsson, Buys, Brama, Yanssen, Landzaat, Berghuis, Rendla, Yon.
İkinci hissə: Marsman, Bouma, Ottenhof, Van Aken, Tesker, Röseler, Bannink, Leugers, Vogelsanq, Qouriye, Parker.
"Tvente"nin növbəti yoxlama görüşlərinə gəlincə, ensherdelilər iyunun 25-də Hangelos şəhərinin yığması, 28-də "Markelo", 30-da DSV-61-lə qarşılaşacaq. Növbəti ay isə daha səviyyəli rəqiblərlə yoxlama oyunları keçirmək nəzərdə tutulur. Bunların sırasında "Genk", "Anderlecht" və "Cologne" kimi klublar da var. Ümid edək ki, hələ də məxsus olduğu klubun düşərgəsində olan Vaqif məşqçilər korpusuna özünü göstərə biləcək.
