24 iyun 2011 14:18
Azərbaycan Almaniya klubu ilə qarşılaşacaq
Almaniyada təlim-məşq toplanışını davam etdirən 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sabah - iyunun 25-də daha bir sınaq matçı keçirəcək. Azerisport.az xəbər verir ki, komandamız Bakı vaxtı ilə saat 21:00-da “Viktoria Aschaffenburg” klubunun U-17 komandası ilə yoldaşlıq oyunu keçirəcək.
Maraq üçün xatırladaq ki, U-16 bu ölkədəki ilk sınaq matçından 4 cavabsız qolla məğlub ayrılmışdı.
