24 iyun 2011 14:55
Azərbaycanlı ermənilərin oyununa təyinat aldı
AFFA-nın Beynəlxalq Əlaqələr Departamentinin rəisi Orxan Hüseynzadə yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, o, UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Ferentsvaroş” (Macarıstan) – “Ulis” (Ermənistan) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, Orxan Hüseynzadənin təyinat aldığı bu qarşılaşma iyunun 30-da Budapeşt şəhərində keçiriləcək.
