24 iyun 2011 15:01

İrmantas Zelmikas: Məqsədimiz Qarabağ`ı məğlub etməkdi

Litvanın “Banga” klubunun liderlərindən olan müdafiəçi İrmantas Zelmikas azerisport.az saytına müsahibəsində Avropa Liqasındakı rəqibləri olan Azərbaycan “Qarabağ” klubu ilə mübarizədəki şanslarından danışıb.
 
- “Qarabağ”la oynayacağınızı eşidəndə, bunu necə qəbul etdiniz?
- Biz əlbəttə, bir qədər zəif rəqiblə düşməyimizi istəyirdik. Düzünü deyim ki, “Qarabağ”la qarşılaşmağımızı istəməzdim. Bu komanda kifayət qədər güclüdü.
 
- “Qarabağ” “Banga” üçün nə dərəcədə güclü rəqibdi?
- Azərbaycan təmsilçisi artıq iki ildi avrokuboklarda uğurlu çıxış edir və qrup mərhələsinin bir addımlığında dayanır. Bu isə rəqibin nə dərəcədə ciddi olmasından xəbər verir.
 
- Bəs bu nəticələrdən əlavə rəqibiniz haqda nə bilirsiz?
- Bizim məşqçilərimiz artıq informasiya toplamağa başlayıblar. Bildiyiniz kimi, vaxtilə ölkənizdə çıxış etmiş Qvidas Yuşka və moldovalı Ostapdan “Qarabağ”dan müəyyən şeylər öyrənmişik.
 
- Təsadüfən Azərbaycan klublarıyla yollarınız kəsişməyib?
- İki dəfə yollarımız kəsişib, amma elə də uğurlu olmayıb. Öncə “İnkaras”la İntertoto kubokunda 1998-ci ildə “Bakı fəhləsi”nə qarşı oynamışdım. İkinci dəfə isə Birlik Kubokunda “Kaunas”la “Neftçi”yə qarşı forma geymişdim.
 
- Azərbaycan klubları yadınızda necə qalıblar?
- Məsələ burasındadı ki, “İnkaras”da oynadığım dövrləri elə də yaxşı xatırlamıram. Çünki o, çoxdan olub. Amma “Neftçi” ilə oyunu xatırlayıram. Artıq neçə il ötüb. Təsəvvür edirəm ki, Azərbaycan futbolunun səviyyəsi indi necə qalxıb.

- İki dəfə məğlub olduğunuz Azərbaycan klublarından bu dəfə revanş almaq fikriniz var?
- Revanş hiss yoxdu. Amma fərqli ambisiyalar, məqsədlər var. Ən əsası odu ki, fərqli komandalardı. Aydın məsələdi ki, hər bir oyunda qələbə qazanmaq isəyirsən.

- Şansları necə dəyərləndirirsiz?
- Belə görünür ki, “Qarabağ” favoritdi. Amma necə olacaq, görəcəyik.
 
- Litvalı mütəxəssilər “Banga”ya heç bir şans vermir...
- Mənə bu fikirləri müzakirə etmək çətindi. Proqnoz verməyi sevmirəm. İstənilən halda hər şeyə meydanda aydınlıq gələcək.
 
- “Banga” nəyin sayəsində “Qarabağ”ı keçə bilər?
- Hər halda biz meydana uduzmaq üçün çıxmayacağıq. Rəqiblə sona kimi döyüşəcəyik. Sadəcə meydanda bütün gücümüzü qoymalıyıq.

- Ümumiyyətlə, “Qarabağ”ı keçə biləcəyiniz komanda sayırsızmı?
- Bu suala cavab vermək çətindi. Mən “Banga”nı zəif komanda hesab etmirəm. Bizim məqsədimiz “Qarabağ”ı məğlub etməkdi. Növbəti mərhələyə kimin keçəcəyini isə zaman göstərəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.