24 iyun 2011 15:21
Tuyqun Nadirov: Rednik özü Parksdan imtina etdi
“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov komandanın aparıcı hücumçusu Uinston Parksın “Bakı”ya keçidinə münasibətini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib.
“Baş məşqçi Mirça Rednik klub rəhbərliyinə müraciət edərək Uinston Parksın komandadan kənarlaşdırılmasını istədi. Rumıniyalı mütəxəssis bunu onunla izah etdi ki, hücumçu ona verilən pula dəymir. Hər halda ziyanın yarısından qayıtmaq da xeyirdi. Üstəlik kosta-rikalı nizam-intizam baxımından da xoş təsir bağışlamırdı. “Xəzər Lənkəran” onun yerinə daha yaxşı futbolçu alacaq. Tezliklə portuqaliyalı forvardla müqavilə imzalayacağıq ki, Parksdan da faydalı olacaq”.
