24 iyun 2011 15:34
Arif Əsədov: Əsas vəzifəmiz Maksimirdə qol vurmaqdı
Azərbaycan çempionu “Neftçi”nin baş məşqçisi Arif Əsədov UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki rəqibləri Xorvatiya “Dinamo”su ilə səfər oyunu üçün əsas məqsədlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın baş məşqçisi Zaqreb təmsilçisi ilə səfər oyunu üçün bunları dilə gətirib:
“Hələlik mənim əlimdə yalnız statistika var. Biz bundan sonra Avstriyada hazırlaşacağıq, onlar isə hazırlıqlarını Sloveniyada davam etdirirlər. Amma hər halda əlimizdə müəyyən informasiya var. Rodriqinyo “Dinamo”da oynayan həmyerlisini tanıyır. Mitreski və Georgiyevski də bu komandanın bəzi futbolçularını yaxından tanıyır. Bizim əsas vəzifəmiz “Maksimir”də qol vurmaqdı”.
