24 iyun 2011 15:42
XL Bundesliqa klubu ilə oynayacaq
Azərbaycan kubokunun sahibi “Xəzər Lənkəran” sabah Avstriya toplanışı çərçivəsində ilk sınaq matçına çıxacaq. Azerisport.az xəbər verir ki, Lənkəran komandasının rəqibi Drezden “Dinamo”su olacaq.
Qeyd edək ki, bu komanda Almaniyanın ikinci Bundesliqasında çıxış edir. Ötən mövsüm bu komanda üçüncü liqada uğurlu çıxışı sayəsində daha güclü çempionata vəsiqə qazanıb.
