24 iyun 2011 16:27
Haciyevski Azərbaycana qayıtmağa yaxındı
Azərbaycanın “Bakı” və “Simurq” klublarının sabiq baş məşqçisi Qyoko Haciyevski Makedoniya millisinin sükanı arxasına keçməyə yaxındı. Azerisport.az xəbər verir ki, Mirsad Yonuzun qovulmasından sonra başsız qalan bu ölkənin millisini məhz bizə tanış olan by mütəxəssis çalışdıra bilər.
Hazırda onun bu postu tutmağa yalnız bir əsas rəqibi qalıb. Bu, Çedomir Yanevskidi.
Qeyd edək ki, Makedoniya millisi avqustun 10-da Azərbaycan yığması ilə Bakıda sınaq matçı keçirəcək. “Neftçi”nin futbolçuları İqor Mitreski və Slavço Georgiyevskinin də formasını geydiyi bu komandanı Haciyevski çıxara bilər.
