24 iyun 2011 16:46
Xəzər Lənkəran Parksa əvəzləyici tapdı
Azərbaycan kubokunun qalibi “Xəzər Lənkəran” heyətindən uzaqlaşdırdığı Uinston Parksa əvəzləyici tapıb. Azerisport.az xəbər verir ki, Lənkəran təmsilçisi Kipr “Olimpiakos”unun (Nikosiya) hücumçusu ilə müqavilə bağlamağa hazırlaşır.
Cənub klubu artıq bu komandanın portuqaliyalı forvardı Joao Pintu ilə danışıqları başa çatdırıb. Yaxın günlərdə tərəflərin münasibətlərini rəsmiləşdirməsi gözlənilir.
Qeyd edək ki, “Xəzər Lənkəran” daha iki futbolçu ilə münasibətlərini rəsmiləşdirməyə yaxındı. Belə ki, “ağ-yaşıllar” 31 yaşlı rumıniyalı Onofraş Mariusla nigeriyalı Tosin Dosunmunu heyətinə qatmağa hazırlaşır. Bu futbolçuların hamısının lənkəranlıların Avstriyadakı toplanışına qatılması gözlənilir.
