24 iyun 2011 22:37
Millimiz Özbəkistana yenə uduzdu (YENİLƏNİB)
Daşkənd şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bu gün daha bir sınaq matçı keçirib. Azerisport.az xəbər verir ki, Vəli Qasımovun komandası Bakı vaxtı ilə saat 18:00-da Özbəkistanın U-19 yığması ilə ikinci yoldaşlıq oyununda üz-üzə gəlib.
Oyun 4:2 hesabı ilə özbəklərin xeyrinə başa çatıb. Millimizdən qolları Elşən Abdullayev və Nurlan Novruzov vurublar.
Xatırladaq ki, bu komandalar arasında ilk yoldaşlıq oyunu iyunun 21-də keçirilib və meydan sahibi komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
