24 iyun 2011 17:08
Minsk - AZAL matçının vaxtı açıqlandı
UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin "Minsk" - AZAL oyununun başlama vaxtı müəyyənləşib. Azerisport.az xəbər verir ki, iyulun 7-də Belarusda keçiriləcək oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Qeyd edək ki, "Minsk" - AZAL matçını bolqarıstanlı hakim Angel Angelov idarə edəcək. Tərəflər arasında bu görüşdən bir həftə öncə Bakıda keçiriləcək qarşılaşmaya gəlincə, AZAL-ın stadionunda baş tutacaq matç saat 20:00-da başlayacaq. Həmin oyunu isə latviyalı Andris Treymanis idarə edəcək.
