24 iyun 2011 17:14
XL daha bir futbolçu ilə yollarını ayırdı
“Xəzər Lənkəran” Futbol Klubu ilə müqaviləsi başa çatan Kosta Rikalı hücumçu Uinston Parks baş məşqçinin istəyi nəzərə alınmaqla artıq komandada çıxış etməyəcək. Azerisport.az xəbər verir ki, cənub klubu artıq bu barədə rəsmi məlumatla ictimaiyyəti də tanış edib.
Qeyd edək ki, Parksla yanaşı klubdan ayrılan digər oyunçu Ruslan Poladovdu. Parks karyerasını “Bakı”da davam etdirəcəksə, Poladovun da “İnter”ə keçidi gündəmdədi.
Tural Cəlilovun isə müqaviləsi bir il uzadılıb və futbolçu gələn mövsüm üçün “Rəvan” klubuna icarəyə verilib.
“Xəzər Lənkəran” komandanı tərk edən oyunçulara burada olduqları müddət göstərdikləri oyuna görə təşəkkür edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.
