24 iyun 2011 18:29
Fenerbahçe Volkanla yollarını ayırdı
Türkiyənin "Fenerbahçe" klubu qapıçısı ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, İstanbul klubu Volkan Babacanı komandadan göndərməyə qərar verib.
23 yaşlı qolkiper növbəti bir il müddətində "Manisaspor"un qapısını qoruyacaq. Boyu 192 sm, çəkisi isə 86 kq olan Volkanın "Fenerbahçe" ilə 2013-cü ilədək müqaviləsi var və o, "Manisaspor"da icarə əsasında çıxış edəcək.
Gənc qapıçı bu gün səhər saatlarında tibbi müayinədən keçdikdən sonra "Manisaspor"la 1 illik müqavilə imzalayıb.
