24 iyun 2011 19:40
Neftçi`nin məşqçisi Xəzər Lənkəran`da
Avropa Liqasına hazırlıqlarını davam etdirən “Xəzər Lənkəran”ın sıralarına yeni məşqçi cəlb olunub. Azerisport.az xəbər verir ki, qarşıdakı ciddi hazırlıq prosesinin olduğu nəzərə alınmaqla, baş məqçinin tövsiyəsi nəticəsində komandaya yeni fiziki hazırlıq üzrə məşqçi dəvət edilib.
Bu, təcrübəli italiyalı mütəxəssis Ciovanni Melkiorredi. Karyerası ərzində Türkiyə, Rumıniya və ölkəmizdə də çalışmış 49 yaşlı məşqçi ötən mövsüm Türkiyənin “Galatasaray” klubunda işləyib. Klubla Melkiorre arasında bir illik razılıq əldə olunub.
Qeyd edək ki, Melkiorre “Galatasaray”a “Neftçi”dən getmişdi.
