24 iyun 2011 19:51
Dinamonun müdafiəçisi: Heç Azərbaycanın harda yerləşdiyini bilmirəm
UEFA Çempionlar Liqasında Azərbaycan çempionu “Neftçi”yə rəqib olan Xorvatiyanın “Dinamo” klubunun müdafiəçisi Luis İbanyes komandamızı və şanslarını dəyərləndirib. Azerisport.az xəbər verir ki, o, xorvat jurnalistlərə açıqlamasında bunları dilə gətirib:
"Neftçi" haqda heç bir məlumatım yoxdur. Heç Azərbaycanın harada yerləşdiyini də bilmirəm. Sadəcə onu bilirəm ki, uzaq bir səfərə yollanacağıq. Bununla belə, bu oyuna çox ciddi hazırlaşırıq. Bizim qələbəyə ehtiyacımız var. Ona görə də mərhələ keçmək arzusundayıq və daha çox irəliləmək istəyirik".
Qeyd edək ki, "Dinamo" - "Neftçi" oyunu iyulun 13-də Zaqrebdə, cavab görüşü isə ayın 19-da Bakıda keçiriləcək.
