24 iyun 2011 11:02
Millimizin təlim-məşq toplanışı olacaq
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası iyulun 4-dən 10-dək təlim-məşq toplanışı keçirəcək. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi Mərdəkanda yerləşən AFFA Futbol Mərkəzindəki çimərlik futbolu stadionunda baş tutacaq.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını diqqətinizə çatdırırıq: Emin Kürdov, Vaqif Şirinbəyov, Elnur Əhmədov, Ramil Əliyev, Elşən Hüseynov, Namiq Həsənov, Nahid Mehrəliyev, Ümid Hüseynov, Əli Hüseynov, Əbdül Əliyev, Comərd Baxşəliyev, Orxan Məmmədov.
