25 iyun 2011 00:10
Banga Qarabağ`la oyuna məğlub çıxacaq
Litva çempionatında 16-cı turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycanın “Qarabağ” klubunun Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi olan “Banga” da hesabat turu çərçivəsində növbəti matçına çıxıb.
Ağdam klubunun rəqibi doğma divarlar arasında Vilnüs “Jalgiris”ini qəbul edib. Lakin qarşılaşma Arminas Narbekovasın yetirmələri üçün uğursuz alınıb. Belə ki, “Jalgiris” rəqibini 1:0 hesabıyla məğlub edib. Qarşılaşmadakı yeganə qolu isə matçın 60-cı dəqiqəsində Neriyus Astrauskas vurub.
Bu nəticədən sonra “Banga” 22 xalla 5-ci pillədə yer alır. Qeyd edək ki, “Banga”nın “Qarabağ”la ilk dueli iyunun 30-da məhz Qarqjdaydakı stadionunda baş tutacaq. Ağdam təmsilçisi isə iyunun 27-də bu şəhərə yola düşməyi planlaşdırır.
