25 iyun 2011 00:01

Bakı yeni mövsümə start verdi

“Bakı” dünən keçirdiyi yeganə məşqlə növbəti mövsümün hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, milli komandada olan 2 oyunçusu və əməliyyat keçirən Əziz Qulyev xaricində tam heyətlə məşqə çıxan “zolaqlılar” Aleksandr Starkovun rəhbərliyi altında 60 dəqiqəyə yaxın hazırlıq keçib.
 
Klubun təlim-məşq bazasında baş tutan məşqə yeni futbolçular Elvin Əliyev, Novruz Məmmədov və Elvin Məmmədov da qatılıblar. Əsasən yungül hərəkətlər üzərində qurulan məşq bərpa xarakreli oldu. Qrup halında çalışan futbolçuların yüksək əhval-ruhiyyədə olması diqqətlərdən yayınmadı.
 
Qeyd edək ki, məşqdə komandanın üç futbolçusu iştirak etməyib. Nurlan Novruzov və Rəhman Haciyev 19 yaşlılardan ibarət milli komandanın düşərgəsində olduqlarından, Əziz Quliyev isə cərrahiyyə əməliyyatı keçirməsi səbəbindən məşqdə iştirak etməyib. May ayının 25-də İzmirdə sol dizindən cərahiyyə əməliyyatı keçirən futbolçu gələn ayın 10-dan etibarən məşqlərə başlayacaq.
 
Komandamızın yeni üzvü Elvin Məmmədov və afrikalı yarımmüdafiəçi İbrahim Kaqbo həkim nəzarəti altında fərdi məşq keçiblər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.