25 iyun 2011 00:03
Yığmamız məğlub oldu, Vəli Qasımov razı qaldı
Daşkənd şəhərində 19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Özbəkistan komandaları arasında keçirilmiş yoldaşlıq oyunu barədə yığmamızın baş məşqçisi Vəli Qasımov fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, komandamızın 2:4 hesablı yenilgisindən sonra o, bunları söyləyib:
“İlk oyunla müqayisədə bu dəfə yaxşı oynadıq. Topu özümüzdə saxlamağı bacardıq. Ancaq rəqib yaratdığı qol imkanlarından yaxşı istifadə etdi. İki standart vəziyyətdən qol buraxdıq”.
