24 iyun 2011 11:52

İnter Almaniyada ikinci oldu

Xəbər verdiyimiz kimi, "İnter"in 10 yaşlı futbolçulardan ibarət komandası beynəlxalq səviyyəli turnirlərdə iştirak etmək məqsədilə Almaniyadadı. Azerisport.az xəbər veir ki, bu gün komandamız Almaniyanın “TV Elverdissen E1910” Futbol Klubunun stadionunda keçirilən “Internationaler U-11-Cup” turnirində iştirak edib.
 
4 komandanın mübarizə apardığı "D" qrupunda "İnter" “TV Elverdissen EIII” komandasına 1:0 hesabıyla qalib gəlib. Oyunda yeganə qolun müəllifi Təbriz İsazadə olub. Almaniyanın digər təmsilçisi “SG Unvertürkheim” komandası da "İnter"lə bacarmayıb. Futbolçularımız almanlar üzərində 2:1 hesabıyla inamlı qələbə qazanıblar. Qolları Təbriz İsazadə və Seyhan Fərəcov vurub. Almaniyanın digər təmsilçisi “TUS Ahmsen” də komandamızın gücünü hiss edib və oyun 1:0 hesabıyla komandamızın xeyrinə başa çatıb. Bu dəfə Eltac Məmmədov fərqlənib. Beləliklə, "İnter" 9 xalla qrupun lideri olub və 2-ci qrupa vəsiqə qazanıb.
 
Bu qrupda da komandamız qələbələri ard-arda sıralayıb. “ASV Dachau” komandasını 2 dəfə mərkəzdən başlamağa vadar edən "İnter" (qolları Təbriz İsazadə vurub) yalnız “TUS Hunnebrock” komandasına 0:1 hesabıyla yenilib. Yarımfinala vəsiqə qazanmaq üçün komanda “SV Vaihingen”ə qalib gəlməliydi. Gərgin mübarizə və qarşılıqlı hücum şəraitində keçən oyun 0:0 hesablı bərabərliklə başa çatıb. Qalib 11 metrlik cərimə zərbələri nəticəsində müəyyənləşib. Komandamız əzmkarlıq nümayiş etdirərək 5:3 hesablı qələbə qazanıb və yarımfinala vəsiqə qazanıb. Təbriz İsazadə, Seyhan Fərəcov, Ceyhun Nuriyev, Tamerlan Abdullayev, Murad Bağırov penaltiləri dəqiq yerinə yetiriblər. Yalnız Əliseyran Eyvazovun zərbəsi qapı dirəyinə dəyərək rəqibi ümidləndirib.
 
Yarımfinalda "İnter" İngiltərənin “Luton Town” komandasıyla qarşılaşıb. Bu qarşılaşmanın əsas vaxtı da 0:0 hesabıyla başa çatdığından qalib 11 metrlik cərimə zərbələrinin yerinə yetirilməsilə müəyyənləşdirilib. "İnter" bu dəfə də qalibiyyəti əldən verməyib. Komandamız ingilislər üzərində 3:1 hesabıyla qələbə qazanaraq final mərhələsinə vəsiqəni əldə edib. Bu dəfə də Təbriz İsazadə, Seyhan Fərəcov, Ceyhun Nuriyev və Tamerlan Abdullayev dəqiq zərbə endiriblər.
 
Final mərhələsində "İnter" növbəti dəfə Almaniyanın “SV Vaihingen” komandasıyla üz-üzə gəlib. Lakin bir necə əlverişli vəziyyətdən yararlana bilməyən futbolçularımız 0:2 hesabıyla rəqibə məğlub olaraq turniri ikinci yerdə başa vurublar. Xüsusi olaraq qeyd etmək lazımdır ki, "İnter"in qarşılaşdığı rəqib komandaların üzvləri 1 yaş böyük idilər.
 
Qeyd edək ki, “İnter” Almaniyada keçirilən digər beynəlxalq səviyyəli yarışda - “SV RW-Bentfeld Cup” turnirində iştirak edəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.