24 iyun 2011 12:00
Cavadovun komandası yeni mövsümə Breda ilə start verəcək
Hollandiya çempionatının 2011/2012 mövsümünün püşkü atılıb. Azerisport.az xəbər verir ki, millimizin üzvü, “Qarabağ” və “Bakı”nın sabiq oyunçusu Vaqif Cavadovun heyətində yer aldığı “Twente” klubu yeni mövsümdə “Breda” ilə oyunla start verəcək.
Ko Adriansenin komandası onun rəhbərliyi altında Erediviziyadakı ilk matçına avqustun 7-də çıxacaq. Son mövsümdə çempionluğu yalnız axırıncı “Ajax” ilə oyunda uduzmaqla əldən verən Enshede təmsilçisi yeni mövsümdə ilk matçını səfərdə keçirəcək.
Qeyd edək ki, Vaqif Cavadovun bu komandadakı taleyi hələ də qaranlıqdı. O, “Twente”də qala da bilər, başqa hansısa kluba icarəyə də verilə bilər. Amma şübhəsiz ki, ən ideal variant onun yeni baş məşqçiyə özünü göstərib, komandada qalması olardı.
