24 iyun 2011 00:16
Neftçi`nin rəqibi yoxlama matçında 5 qol vurdu
UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Azərbaycan çempionu “Neftçi”nin rəqibi olan Xorvatiyanın “Dinamo” (Zaqreb) klubu yoxlama matçında qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, Zaqreb təmsilçisi dünən “Slavia” ilə qarşılaşıb.
Qarşılaşma “Neftçi”nin rəqibinin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Zaqreblilərin heyətində öncə Krstanoviç fərqlənib (10-cu dəqiqədə). 36-cı dəqiqədə Alispahiç ikinci qolu vurub. Cəmi bir dəqiqə sonra Krstanoviç özünün ikinci, komandasının üçüncü qolunu vurub. 40-cı dəqiqədə Beqiray, 62-ci dəqiqədə isə Paliç darmadağını rəsmiləşdirib.
Bu görüşdə “Dinamo”nun baş məşqçisi Krunoslav Yurçiç düz 22 futbolçuya şans verib: Kelava (Zelenika, 46), Vrsaljko (Tomeçak, 46), Tonel (Ademi, 46), Kufre (Vida, 46), İbanes (Paliç, 60), Leko (Çaqo, 46), Badelj (Kalello, 46), Alispahiç (Şitum, 46), Sammir (Kramariç, 46), Beqiray (Rukavina, 46), Krstanoviç (Silvestr, 46)
