24 iyun 2011 00:38
Xaçaturyan: Əminəm ki, Bakıya gəlişimə heç bir siyasi amil mane olmayacaq
Belarusun “Minsk” klubunun yarımmüdafiəçisi Andrey Xaçaturyan azerisport.az saytına müsahibəsində UEFA Avropa Liqasındakı rəqibləri olan Azərbaycan klubu AZAL ilə dueldəki şanslarından və Bakıya gəlmək istəyindən danışıb.
- Püşkatma zamanı Azərbaycan klubu ilə oynayacağınız dəqiqləşən kimi ilk olaraq nəyi düşündünüz?
- Prinsipcə, AZAL dözülə bilən rəqibdi, bu komanda ilə oynamaq olar. Deməzdim ki, bizim rəqib haqda ətraflı informasiyamız var. Amma bildiyim qədərilə bu komanda hələ Azərbaycan çempionu ola bilməyib.
- Bu, belədi. Bəs kimi cütün favoriti hesab edirsiz?
- Nə vaxt komandalar bir-birini zəif tanıyırsa, burda nədənsə danışmaq mümkünsüz olur.
- Amma sizin komanda üçün üstünlük var ki, ilk oyun Bakıda keçiriləcək və cütün taleyi Minskdə həll olunacaq...
- Hə, biz burda hazırlaşırıq ki, ilk oyunu evdə keçirəcəyik və birdən bizə deyirlər ki, 30-dakı görüş Bakıda olacaq. Amma mən deməzdim ki, bu, elə də böyük üstünlükdü.
- Bəs Azərbaycanda hazırda istirahət dövrü, Belarusda çempionatın qızğın dövrünün olmasını necə?
- Bildiyim qədərilə, Azərbaycanda da mövsüm yenicə başa çatıb, mayın axırında. Bu isə elə də böyük zaman deyil. Həm də mən əminəm ki, AZAL bizimlə oyuna ciddi hazırlaşacaq. Deməli, bu amilin elə də böyük bir əhəmiyyəti qalmayacaq.
- Bəs hansı amillər əsas rol oynayacaq?
- Tablodakı hesab əsas amildi. Matça kimi danışmaq çətindi. İstənilən halda rəqibimiz bizim üçün məlum deyil.
- Siz müqavilə ilə Soçi “Jemçujina”sına məxsussunuz. Bu komandada isə hazırda AZAL-ın baş məşqçisi olan Nazim Süleymanov da çıxış edib. Bu haqda bilirdiz?
- Düzünü deyim ki, yox. Mən onun Soçidə yox, “Alaniya”da çıxış etməsini eşitmişəm.
- Düzünü deyim ki, yox. Mən onun Soçidə yox, “Alaniya”da çıxış etməsini eşitmişəm.
- Siz özünüz Bakıya gələcəksiz?
- Hazırlaşıram.
- Məlum problemlərə rəğmən?
- Hansı problem? Mənim heç kimlə problemim yoxdu.
- Söhbət Azərbaycan və Ermənistan arasındakı münaqişədə gedir...
- Qoy münaqişələrlə siyasətçilər və hərbçilər məşğul olsunlar. Biz futbolçularıq və çıxıb öz oyunumuzu oynamalayıq. Mən heç kimlə heç vaxt münaqişədə olmamışam. Mənim heç bir azərbaycanlı ilə düşmənçiliyim də yoxdu. Mənə deyiblər ki, Bakıya səfər etməyim hansısa problemlərə yol aça bilər. Amma mən sizin şəhərdə oynamağı çox istəyirəm. Əmiəm ki, bu istəyimi reallaşdırmağıma heç bir siyasi amil mane olmayacaq.
