24 iyun 2011 00:45
Mutu Fiorentinanı başqa kluba dəyişdi
İtaliyanın “Fiorentina” klubunun və Rumıniya yığmasının hücumçusu Adrian Mutu bundan sonra Florensiya klubundakı karyerasına son qoyub. Azerisport.az xəbər verir ki, onun karyerasını hansısa başqa ölkə çempionatında davam etdirməsi gözlənilsə də, Mutu yenə A Seriyasında qalmağa üstünlük verib.
Belə ki, o, “Fiorentina”nı Seriya A-nın digər komandalarından “Cesena”nın yolunu tutub. O, bu keçidlə bağlı açıqlamasında etiraf edib ki, əvvəlki qazancıyla müqayisədə çox az məvacib alacaq. Amma o, bu komandanın özü üçün yeni bir başlanğıc olacağına və axtardığı həyəcanı məhz “Cesena”da tapacağına əminliyini ifadə edib.
Qeyd edək ki, karyerası ərzində “Inter”, “Juventus”, “Chelsea”, “Parma” kimi klubların şərəfini qorumuş 32 yaşlı futbolçu üçün “Cesena”nın “Fiorentina” nə qədər pul ödədiyi barədə açıqlama verilmir.
