24 iyun 2011 00:57
“Messinin məni keçməsi üçün 1283 qol vurması lazımdı”
Yalnız Braziliyanın yox, həm də dünyanın əfsanəvi futbolçusu hesab olunan Pele Argentina millisinin və İspaniyanın “Barcelona” klubunun şərəfini qoruyan Lionel Messini və onun heyranlarını əsəbləşdirəcək açıqlamalar verib. Azerisport.az xəbər verir ki, argentinalı məsləkdaşı Dieqo Maradona ilə söz müharibəsi azmış kimi, onun həmyerlisini də tənqid etməyə qərar verib.
Braziliyanın “Santos” klubunun Libertadores Kubokunu qazanmasının ardından açıqlama verən 70 yaşlı sabiq futbolçu “Messi, Peledən daha yaxşıdı? Messinin məni keçməsi üçün karyerası boyunca 1283 qol vurması lazımdı” deyib.
Maradonanın Neymar hakkındakı açıqlamalarına da cavab verəm Pele “Neymar mükəmməl bir istedadı. Sonu Messi kimi olmayacaq. Messi klubuyla uğur qazanan oyunçudu. Argentina üçün bu günə qədər nə etdi ki?” deyə, argentinalılara sataşıb.
