25 iyun 2011 13:09
Azərbaycan Almaniya klubu ilə bacarmadı
Almaniyanın Münhen şəhərində təşkil olunmuş Ka-Cup turnirində 17 yaşadək qızlardan ibarət Azərbaycan yığması ikinci oyununu keçirib. Azerisport.az xəbər verir ki, komandamızın rəqibi yerli “Wacker Munchen” komandası olub.
Qarşılaşma yığmamızın 2:5 hesablı məğlubiyyəti ilə nəticələnib. Xatırladaq ki, millimiz bu turnirdəki ilk matçında İsveçrənin “St.Gallen” klubuyla 1:1 hesablı heç-heçəyə razılaşmışdı.
