25 iyun 2011 13:17
XL iki transferi rəsmiləşdirdi
Avstriyada təlim məşq toplanışında olan “Xəzər Lənkəran” heyətinə qatmağa hazırlaşdığı iki futbolçu ilə münasibətlərini rəsmiləşdirib. Azerisport.az xəbər verir ki, bunlar Nigeriya millsinin üzvü Tosin Dosunmu ilə rumıniyalı Marius Onofraşdı.
Belə ki, hər iki futbolçu ilə “Xəzər Lənkəran” arasında Avstriyanın Fulpmes şəhərində müqavilə imzalanıb. Tərəflərin anlaşması bir illik müddəti əhatə edəcək.
Qeyd edək ki, Nigeriya millisinin üzvü olan Tosun karyerasının böyük hissəsini Belçikafa keçirib. Tosun Vyananın “Austria” (23 oyun, 4 qol) və Fransanın “Nancy” (11 oyun, 1 qol), Belçikanın “Germinal” (114 oyun, 33 qol ) kimi aparıcı klublarının, eləcə də daha bir neçə komandanın formasını geyinib.
Onofraşa gəlincə, Rumıniyadan olan bu futbolçu da 1980 təvəllüdlüdü. Marius sağ cinah vingeridi. Son klubu Buxarest “Steaua”sı olan Onofraş 2010-cu ildən çıxış etdiyi bu komandada 13 oyun keçirib və 2 qol vurub. Buna qədər isə o, “Politehnica” (1998–2000, 44 oyun, 8 qol, 2004–2006 mövsümündə yenidən bu kluba qayıdaraq 67 oyuna 10 qol vurub), “Braşov” (2000–2004, 85 oyun, 6 qol) və “Unirea” (2006–2010, 82 oyun, 21 qol) klublarında forma geyib.
Qeyd edək ki, hazırda cənubluların düşərgəsində sadəcə keçidinin rəsmiləşməsi qalan daha bir futbolçu da var ki, o da portuqaliyalı Joao Pintodu. Onun da qısa zamanda "ağ-yaşıllı" olması gözlənilir.
