25 iyun 2011 13:25
Bakı yeni mövsüm üçün formasını təqdim etdi (FOTO)
“Bakı” futbol klubunun İtaliyanın idman geyimləri istehsalçısı “Makron” (Macron) şirkəti ilə 2 illik texniki sponsorluq müqaviləsi imzaladığını xəbər vermişdik. Azerisport.az xəbər verir ki, imzalanan sənədə əsasən şirkət 2011-2013 illər mövsümündə paytaxt klubunun bütün komandalarını idman geyimləri ilə təmin edəcək.
Sözügedən müqavilənin imzalanması mərasimində “Bakı”nın yeni forması da təqdim olunub. Paytaxt təmsilçisi növbəti mövsümdə gördüyünüz forma ilə çıxış edəcək.
